POPULYARXƏBƏRLƏR

Əfqanıstanda qəzaya uğrayan təyyarədə həlak olmuş 5 Azərbaycan vətəndaşının adı açıqlanıb -

Qəzanın səbəblərinin araşdırılması üçün yaradılmış komissiyanın üzvləri Əfqanıstana gedəcəklər

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Təyyarənin məxsus olduğu "Silk Way" aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov "APA-ECONOMICS"ə bildirib ki, təyyarənin ekipajı 9 nəfərdən ibarət olub. Həmin şəxslər aşağıdakılardır:

1. Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979)
3. Şturman İqor Çjen (1966)
4. Bort mühəndisi Vladimir Şatobin (1969)
5. Bort-rabitəçi Əhmədcan Axmedjan Xacayev (1955)
6. Bort operatoru Elnur Mahmudov (1981)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
8. Aviatexnik Əfqan Rəhimov (1980)
9. Aviatexnik Mehman Hüseynov (1962)

Adı çəkilən şəxslərdən Azərbaycan əsilli adların sahibləri ilə yanaşı, Oleq Marşixin də Azərbaycan vətəndaşı olub.

A.Qasımov qeyd edib ki, qəzaya uğrayan təyyarə yüklənmə baxımından böyük ehtiyata malik olub: "Belə ki, İl-76 təyyarəsi ümumiliklə 40-50 ton yük qaldırma qabiliyyətinə malikdirsə, burda 18 ton yük var idi. Təyyarənin daşıdığı yük qoşqu və avtokar olub".

A.Qasımovun sözlərinə görə, hazırda qəzanın səbəblərinin araşdırılması üçün Azərbaycan Mülki Aviasiya Administrasiyası və "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu komissiya yaradılıb: "Komissiya məsələ ilə bağlı məlumatlar almaq üçün Əfqanıstanın rəsmi orqanları və koalisiya qüvvələri ilə daim əlaqə saxlayır". Komissiyanın üzvlərinin də qəza baş verən yerə səfəri nəzərdə tutulur.

Qarşıdakı iki-üç saat ərzində əlavə məlumatın açıqlanacağını bildirən şirkət rəsmisi təyyarə qəzasının səbəbləri, o cümlədən "Taliban" qüvvələri tərəfindən vurulması ilə bağlı ehtimallara münasibət bildirmək istəməyib: "İndidən dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmazdı".

Qeyd edək ki, "Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin "Taliban" tərəfindən vurulduğunu bildirib. Məlumatı "Fars" agentliyi yayıb.

Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.



Yerləşdirilib:15 İyul, 2011  17:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com