Beyrutda fəaliyyət göstərən Suriya müxalifəti bildirib ki, hökumət qoşunları paytaxt Dəməşqin şimalında yerləşən Hama şəhərində etirazçılara qarşı əməliyyata başlayıblar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, şənbə günü prezident Bəşər əl-Əsəd Hamanın icra başçısını vəzifəsindən azad edib.
Hamadan gələn xəbərlərdə deyilir ki, şəhərin küçələrinə tanklar və qoşun hissələrinə çıxarılıb, şəhərdə atəş səsləri gəlir.
Lakin orada prezident Bəşər əl-Əsədin istefasını tələb edən izdihamlı nümayişin keçirildiyi xəbər verilib.