Oxucu sual verir: Sileyi-rəhmi telefonla etmək olarmı?
Sileyi-rəhim dinimizin çox təkid etdiyi mühüm məsələlərdəndir. Qohumlar öz şəraitlərinə və zamanlarına uyğun olaraq mümkün vasitələrlə sileyi-rəhim etməlidirlər. Keçmişdə indiki imkanlar olmadığı üçün insanlar yalnız canlı görüş və məktub vasitəsilə siley-rəhim edirdilər. Dinimizin ən çox bəyəndiyi sileyi-rəhim növü də canlı görüşməkdir. İmkan daxilində qohumun evinə getmək və ya başqa bir məkanda görüşmək daha yaxşıdır. Amma bunu həmişə etmək narahatlıq törədirsə, o halda telefon vasitəsilə, yazışmaqla da sileyi-rəhim etmək olar. Sileyi-rəhmin məqsədi bir-birinin problemləri ilə maraqlanmaq, çətinlikləri birlikdə həll etmək və arada soyuqluq yaranmasına mane olmaqdır. Telefon zəngi və yazışma da bu məqsədlərə xidmət etməlidir.