Əfqanıstanda NATO qüvvələrinə qarşı döyüşən Əbu Zərr adı ilə tanınan "Əl-Qaidə" təşkilatının Türkiyə üzrə lideri Sərdal Erbaşı Taliban qüvvələri tərəfindən edam edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əbu Zərr təşkilat daxilində yaranmış intriqa nəticəsində öldürülüb
Əbu Zərr Əfqanıstanın Vəziristan bölgəsində "Əl Qaidə"yə bağlı "Taifatul Mansura" qrupunun tərkibində döyüşüb və sonra bu qrupdan ayrılıb. Həmin qrupda döyüşən Şamil Dağıstanlı və İsmayıl Azəri ilə onun arasında xaricdən gələn pulların istifadəsi ilə bağlı fikir ayrılığı yaranıb. Bundan sonra Əbu Zərrin gizli göstərişi ilə hər iki şəxs öldürülüb.
Talibanın Vəzirstan-Uruzqan bölgəsində qurduğu şəriət məhkəməsinin qərarı ilə Əbu Zərr və onun iki döyüşçüsü mühakimə olunub. Hər üç şəxs güllələnərək edam ediliblər.