Oxucu sual verir: Bir nəfər dostuna hədiyyə verib. Sonra bunların arası dəyir. Hədiyyəni alan şəxs şübhələnir ki, dostu indi həmin əşyadan istifadə etməsi üçün ona halallıq vermir. Bu halda nə etməlidir?
Bu kimi məsələlərdə vasvasılıq etməyə dəyməz. Əvvəla, əgər bu barədə dəqiq bilgisi yoxdursa və yalnız ehtimal edirsə, gərək bu ehtimala fikir verməsin. İkincisi, hər hansı hədiyyənin hökmü onun verildiyi zamana bağlıdır. Yəni bir kəs başqasına könüllü surətdə hədiyyə verirsə, deməli, onu halallıqla verir və həmin hədiyyədən istifadə etməyi də halal edir. Əgər hətta sonralar fikrindən dönsə də, bunun hədiyyəyə təsiri yoxdur və hədiyyə alan şəxs yenə o əşyadan istifadə edə bilər.