Liviyanın paytaxtı Tripolidə Müəmmər Qəddafinin iqamətgahı yerləşən Bab əl-Əziziyyə rayonunda 3 partlayış baş verib. NATO aviasiyasının hücumu nəticəsində xəsarət alanların sayı barədə məlumat verilmir.
Ümumilikdə isə Liviya rəsmilərinin bildirdiyinə görə, ölkədə hərbi əməliyyat başlayandan NATO bombardmanları nəticəsində 700-dən çox insan məhv olub. Onların əksəriyyəti dinc sakinlərdir.