Gəncədə səfərdə olan İran İslam Respublikası parlamentinin sədri Əli Laricani şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
APA-nın qərb bürosunun xəbərinə görə, görüşdən sonra Ə. Laricani jurnalistlərə açıqlamasında Gəncənin çox qədim və məşhur şəhər olduğunu deyib: "Bu şəhər çox böyük tarixə malikdir. Dahi şəxsiyyət və tanınmış şair Nizami Gəncəvinin məqbərəsi də bu şəhərdədir. Mən bilirəm ki, Gəncə əhalisi Nizami Gəncəvini çox yaxşı tanıyır".
Jurnalistlərin suallarına cavab olaraq Ə. Laricani Xəzərin statusu ilə bağlı danışaraq, bunun çox önəmli məsələ olduğunu deyib: "Məsələnin həlli Xəzər ətrafı ölkələrin iqtisadiyyatının inkişafına şərait yaradacaq".
Daha sonra İran parlamentinin sədri Şah Abbas məscidinə gedib və orada günorta namazı qılıb.