Milli Məclisin sədri Oqtay Əsədov İran parlamentinin sədri Əli Laricaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Geniş tərkibdə keçirilən görüşdə parlamentlərarası əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlətlərarası münasibətlər və regional vəziyyət parlament sədrlərinin görüşündə əsas müzakirə mövzusu olub.