Oxucu sual verir: Namazdan sonra səhv səcdəsi və ya ehtiyat namazı üçün niyyət necə edilir?
Şəriət hökmlərində izah edildiyi kimi, bəzi hallarda namazı bitirəndən dərhal sonra ehtiyat namazı qılmaq, ya da qoşa səhv səcdəsi etmək lazım gəlir. Amma bunların hər ikisi namazdan dərhal sonra, namazı pozan əmələ yol vermədən həyata keçirilməlidir. Bildiyimiz kimi bəzi əməllər namaz halını pozar. Məsələn, qiblədən dönmək, qəsdən danışmaq və s. Ona görə də, namazı bitirəndən dərhal sonra niyyət edərək ehtiyat namazı qılmaq və yaxud səhv səcdəsi etmək lazımdır. Amma bunların niyyəti ürəkdə edilməli, dillə deyilməməlidir. Çünki yuxarıda deyildiyi kimi, qəsdən danışmaq namaz halını pozar.