Yehovanın şahidləri" Dini İcmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) qarşı qaldırdığı iddiaya başqa məhkəmədə baxılır
APA-nın məlumatına görə, iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına verilib. Dini icma Dövlət Komitəsindən onların dini ədəbiyyatının yayılmasına qoyduğu limitin götürülməsini tələb edib. Belə ki, Dövlət Komitəsi Komitə "Yehovanın şahidləri" dini icmasına göndərdiyi məktubda dini ədəbiyyatın yayılması ilə bağlı konkret limit göstərib.
Qeyd edək ki, bundan əvvəl işə Səbail rayon Məhkəməsində baxılıb.