Fələstinin FƏTH və HƏMAS təşkilatları milli birlik hökumətində baş nazirlik postu ilə bağlı razılığa gəliblər. Bu barədə Misir KİV-ləri məlumat yayıb, - "RİA Novosti" xəbər verir.
Verilən məlumata görə, Nazirlər Kabinetinə hazırda Fələstinin İnvestisiya Fondunun rəhbəri vəzifəsini tutan Muhəmməd Mustafa rəhbərlik edəcək. Onun namizədliyini artıq hər iki tərəf qəbul edib.
FƏTH təşkilatının Mərkəzi Komitəsinin üzvü olan Azzam əl-Əhməd yaxın vaxtlarda Dəməşqə yollanacaq və burada HƏMAS hakimiyyətinin rəhbəri Xalid Məşəl ilə görüşəcək. Həmin görüş zamanı baş nazirin təyinatı məsələsi müzakirə ediləcək.
Deyerler.org