Oxucu sual verir: İnsan qarşılaşdığı müsibətlərin cəza yoxsa sınaq olduğunu necə ayırd edə bilər?
Bu barədə dəqiq və konkret söz demək olmaz. Çünki hər kəsin başına nə gələcəyinin əsil hikmətini yalnız Allah-Təala bilir. Biz bu barədə yalnız ehtimallar irəli sürə bilərik. Hər halda, verilən hər iki ehtimal insanın imanını artırmağa vəsilə ola bilər. Əgər insan müsibəti cəza kimi qəbul etsə, keçmiş günahlarını xatırlayıb peşman olar, tövbə edər və bir daha o günahlara qayıtmaz. Əgər müsibətin sınaq olduğunu qəbul etsə, yenə məsuliyyətlə davranar və bu sınaqdan uğurla çıxmağa çalışar, anlayar ki, Allah onu sevdiyi üçün və ona mükafat şansı vermək üçün sınağa məruz qoyub. Hədislərdə də deyidiyi kimi mömin hər an xovf ilə rəca arasında olmalıdır. Yəni həm Allahın qəzəbindən qorxmalı, həm də Allahın mərhəmətinə ümid etməlidir. Müsibətləri cəza kimi qəbul etmək xovf mərtəbəsinə, müsibətə sınaq və şans kimi baxmaq da rəca məqamına uyğundur.