Əfqan hökumətinin nümayəndələri ABŞ qoşunları bölgədən çıxmağa başladıqdan sonra ölkədə təhlükəsizliyə nəzarəti öz əllərinə almaq iqtidarında olduqlarını bildiriblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Kabildə əfqan prezidenti Həmid Karzai ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu bildirib. Əfqan qüvvələri gələn ay Əfqanıstanın yeddi rayonunda təhlükəsizliyə nəzarəti ələ almağa başlamalıdırlar.