POPULYARXƏBƏRLƏR

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi, şeyxi və imamı Qafqaz Müsəlmanları İdarəsinin narazılığına münasibət bildiriblər

"Müsəlmanlar arasından məni müfti, Vaqif Əkbərovu şeyx, Yasin Əliyevi isə imam seçiblər. Bizim şiə, sünni olaraq aramızda heç bir ayrı-seçkilik yoxdur.


Qafqaz Müsəlmanları İdarəsinə, onun rəhbəri Allahşükür Paşazadəyə isə böyük hörmətimiz var. O bizim şeyximizdir, onu sevirik və bu idarədən ayrı düşməmişik, ondan küsməmişik". Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında yeni yaradılmış Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Camal Paksadze İdarənin yaranmasının Azərbaycanda, xüsusən də Qafqaz Müsəlmanları İdarəsində narazılıqla qarşılanmasına münasibət bildirərkən deyib.
Səkkiz dəfə Acarıstanda imam seçilmiş C. Paksadzenin sözlərinə görə, onların istəyi odur ki, məscidlər müsəlman ölkələrində necə qeydiyyatdan keçirsə, Gürcüstanda da elə olsun: "İndi yaratdığımız qeyri-hökumət təşkilatının məqsədi bütün problemləri birlikdə çözməkdir. İstər gürcü müsəlman sünnisi olsun, istərsə də şiə, bizim üçün fərq etməz. Hamımız qardaşıq, bir-birimizə məhəbbətimiz var. İnşallah dini xidmətimizi uğurla davam etdirəcəyik. Bir müfti olaraq mənim vəzifəm Acarıstanın 5 rayonuna, eyni zamanda Adıgün, Samsxe-Cavaxeti, Kaxeti və digər bölgələrdə yaşayan müsəlmanlara xidmət etməkdir. Mən müsəlman övladıyam, mənim ulu babam da imamlıq edib. Bizim ofisimiz Tiflisdə olacaq, eyni zamanda mən Batumidəki məsciddə fəaliyyət göstərəcəyəm. Mən həmin məsciddə tələbələrə Quranı öyrədirəm".

C. Paksadze QMİ-nin nümayəndəsi Hacı Əli Əliyevlə uzun müddətdir, dostluq etdiklərini də bildirib: "Əli mənim qardaşımdır. Biz bir parça çörəyi yarı bölmüşük. Biz birlikdə məsləhətləşmələr aparırıq. Bu nümayəndəlik yenə var və fəaliyyət göstərir".

Gürcüstan Müsəlmanları İdarəsinin şeyx Vaqif Əkbərov da APA-ya açıqlamasında məqsədlərinin dinə xidmət etmək olduğunu deyib. O, Allahşükür Paşazadənin Qafqazın dini rəhbəri olduğunu bildirib: "O, kommunistlərin vaxtında və indiyədək çox iş görüb. İndi biz Gürcüstanda belə bir idarə yaratmışıq, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də digər müsəlman və digər təşkilatlarla yaxşı münasibətdə olmaq, dostluq etmək istəyirik. Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan nümayəndəliyi 1996-cı ildən fəaliyyət göstərir. Lakin mən nə Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi, nə də İdarənin üzvüyəm. Mən Gürcüstan Müsəlmanları İdarəsinin xidmətindəyəm. Yaranmış narazılığı isə qəbul etmirəm və səbəbini başa düşmürəm. Təkcə onu deyə bilərəm ki, Qafqaz Müsəlmanları İdarəsi, hörmətli Hacı Allahşükür Paşazadə, eləcə də bütün dünyadakı müsəlmanların təşkilatları ilə yaxşı münasibət qurmaq istəyirik. Bu təşkilatı yaratmaqda məqsədimiz də millətimiz üçün xeyirli işlər görməkdir".

Gürcüstan Müsəlmanları İdarəsinin imamı Yasin Əliyev APA-ya açıqlamasında İdarənin yaranmasının QMİ-yə pis təsir etdiyini deyib: "Qafqaz Müsəlmanları İdarəsi uzun müddət Gürcüstanda müsəlmanlara rəhbərlik edib və bu gün belə bir vəziyyətin yaranması təbii ki, onlara təsir edib. Amma biz müstəqil dövlət olaraq bu idarəni yaratmışıq. Onların narazılıqlarını bildirməsinə təbii baxmaq olar, çünki Gürcüstanda yaşayan azərbaycanlılar artıq onlara tabe deyillər. Lakin bu addım şeyxə qarşı deyil. Gürcüstan dövlətinin bizə belə bir şərait yaratmasını alqışlamaq lazımdır. Bu idarənin yaranması müsəlmanları parçalanmağa aparmır. Biz çalışacağıq ki, Gürcüstanda yaşayan müsəlmanlar arasında parçalanma olmasın. Mən 14 il Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini işləmişəm. Bizim Qafqaz Müsəlmanları İdarəsindən ayrılmağımızda heç bir səbəb axtarmaq lazım deyil. Sadəcə, müstəqil dövlətimizdə müstəqil dini idarəmizi yaratmışıq".



Yerləşdirilib:28 İyun, 2011  15:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com