Oxucu sual verir: Diləyi olanlar bəzən müqəddəs şəxslərə ərizə yazırlar. Bu düzgündürmü?
Mənbələrdə bunu təsdiq edən və məsum şəxslərə bağlanan səhih hədis və rəvayət tapmaq çətindir. Hərçənd ki, böyük alimlərimiz bunu geniş yayılmış bir ənənə kimi qəbul etmiş və günah bilməmişlər. Daha çox xalq arasında Həzrət Abbasa və İmam-Zamana (ə) ərizə yazmaq ənənəsi mövcuddur. Adətən, zülmdən narazı olanlar və zalımın cəzalandırılmasını istəyənlər Həzrət Abbasa ərizə yazdırırlar. Ürəyində xoş istəyi olanlar, çətinliyinin həll olmasını diləyənlər də İmam-Zamana ərizə ünvanlayırlar. Ərizələri adətən suyu olan quyuya və ya çaya, dənizə atırlar.