Dövlət başçısı Türkiyə baş nazirini Azərbaycana səfərə dəvət edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də axşam Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib. Prezidentin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, dövlət başçısı R. T. Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) qazandığı inamlı qələbə münasibətilə təbrik edib, onun rəhbərliyi ilə Türkiyənin böyük və uğurlu yol keçdiyini qeyd edib və bu qələbənin Türkiyə xalqının AKP-yə inamının ifadəsi olduğunu vurğulayıb.
Türkiyənin baş naziri təbrikə görə prezident İ. Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan prezidenti və Türkiyə baş naziri ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
İ. Əliyev R. T. Ərdoğanı onun üçün münasib vaxtda Azərbaycana səfərə dəvət edib. Türkiyə baş naziri dəvəti qəbul edib.