Azərbaycanın Gəncə şəhər sakini Yeganə Qəhrəmanovanın 37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini icmasının qanunsuz yığıncağını keçirməsi müəyyən edilib.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Gəncə şəhərinin Nizami rayon Polis Şöbəsi əməkdaşlarının iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində baş verib. Onlar rayon Polis Şöbəsində dəvət olunub, Y. Qəhrəmanova və həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-su (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib. Digər şəxslərə isə xəbərdarlıq edildikdən sonra buraxılıblar.