Oxucu sual verir: Qadın kəbin kağızını gizlədibsə, kişi kəbin kağızını tapmadan qadına talaq verə bilərmi?
Talaqda əsas olan şərtlərin sırasında kəbin kağızı ilə bağlı heç nə yoxdur. Talağın başqə şərtləri var ki, bunlar şəriət kitablarında izah edilib. Bu şərtlər həyata keçərsə və talağın sözləri şəriətdə nəzərdə tutulmuş formada deyilərsə, qadın boşanmış sayılar. Qadının kəbin kağızı gizlətməsi burada rol oynamır. Ümumiyyətlə, kəbin kağızı formal xarakter daşıyır. Kəbin zamanı da mühüm olan şərtlər başqadır və həmin şərtlər daxilində kəbinin sözləri düzgün oxunarsa, kəbin kəsilmiş sayılır. Kəbin kağızı boşanma vaxtı qarşıya çıxa biləcək bəzi problemləri (məsələn, mehriyyə məsələsini) həll etmək və qadını yardımsız qoymamaq üçün yazılır, ailə üzvlərinə təhvil verilir.