Oxucu sual verir: Zökəm olmuş adamın namaz vaxtı burnunun selik axsa, namazı düzgündür?
Zökəm xəstəliyinə yoluxmaq və burundan selik gəlməsi namaza mane olmaz. Əlbəttə, müstəhəbdir ki, dəstəmaz alan zaman adam burnunun və ağzının içinə su alıb yaxalasın. Xüsusilə, xəstələnmiş adamların bu müstəhəb əməli (ilıq su ilə) etmələri yaxşıdır. Amma əgər namaz zamanı burundan selik axsa da, bunun maneçiliyi yoxdur. Adam əlində və ya cibində dəsmal saxlaya bilər ki, yeri gələndə qiblədən dönməmək və artıq səs çıxarmamaq şərti ilə burnunu yavaşca silsin.