Dəqiqləşdirilmiş məlumatlara görə, Liviyanın Misrata şəhərində hökumət qoşunları və üsyançılar arasında dünən baş vermiş döyüşdə həlak olanların sayı 31 nəfərə çatıb, 110 nəfərdən artıq insan yaralanıb
Daha əvvəl 20 nəfərin həlak olduğu barədə məlumat verilirdi.
Döyüşlər əsasən şəhər ətrafında baş verib. Bundan əlavə hökumət qoşunları tank və toplardan şəhəri atəşə tutublar.
Misrata böyüklüyünə görə Liviyanın üçüncü şəhəridir və Tripolidən 200 km şərqdə yerləşir.