İlin sonuna qədər İraqdan "Nabucco" layihəsi üçün təbii qaz verilməsinə dair razılaşma əldə edilməsi planlaşdırılır
APA-nın xəbərinə görə, bunu Avstriyanın OMV şirkətinin beynəlxalq qaz-nəqliyyat layihələrinin rəhbəri Mixael Ulbrix deyib. O, İraqın şimalında istismarı asan olan qaz yataqlarının olduğunu söyləyib: "Bu yataqlar bazara coğrafi cəhətdən yaxındır. Ona görə də bu qazın Avropaya ixrac olunması ehtimalı böyükdür. Bunun üçün sadəcə olaraq siyasi razılaşmalar lazımdır və biz bu razılaşmaların əldə olunmasına yaxınıq. Bu il İraq qazına dair razılığın əldə olunacağını gözləyirik. İraqın potensialı böyükdür".