Liviyalı üsyançılar Saffet kəndini ələ keçirərək paytaxt Tripolinin 100 kilometrliyinə yaxınlaşmağa müvəffəq olublar.
APA-nın məlumatına görə, bu kəndin ələ keçirilməsi üsyançılara şimala doğru böyük bir ərazini nəzarətdə saxlamağa imkan verib. Son günlər üsyançılar ölkənin bütün dağlıq regionunu hökumət qüvvələrindən təmizləməyə müvəffəq olublar. Bununla belə Qəddafi əleyhdarları NATO aviasiyasının yerüstü əməliyyata havadan lazımı qədər dəstək vermədiyindən şikayətlənir. Xatırladaq ki, bundan əvvəl liviyalı üsyançılar iki aydan artıq hökumət qoşunlarının blokadasında olan Efren şəhərini ələ keçiriblər