POPULYARXƏBƏRLƏR

İran sanksiya tətbiq etdiyi ABŞ rəsmilərinin adlarını açıqlayıb -

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası 26 ABŞ rəsmisinə qarşı sanksiya layihəsini təsdiq edib


İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, insan hüquqlarının pozulmasında müqəssir sayılan şəxslər bəşəriyyət əleyhinə cinayətlər törətməkdə ittiham olunur. Siyahıya aşağıdakı şəxslərin adları daxil edilib:

1. Tomas Pikard (Thomas J. Pickard) - 1993-cü ildə FBR-in sədri (1993-cü ilin aprel ayında Texas ştatının Vebko şəhərində Davudiyyə təriqətinə hücum zamanı insan hüquqlarının pozulmasına və bu fərdi xristian təriqətinin 82 nəfər üzvünün qətlə yetirilməsinə və MKİ-nin sədri olduğu illərdə 2003-cü ildə Əfqanıstan və İraqda insan hüquqlarının pozulmasına görə);
2. General Jefri Miller (Geoffrey D. Miller) – 2002 – 2008-ci illərdə Quantanamo həbsxanasının komendantı, insan hüquqlarının pozulmasına, məhbuslara əzab və işgəncə verilməsinə görə;
3. Admiral Jefri Harbeson (Jeffrey Harbeson) - Quantanamo həbsxanasının hazırkı komendantı, 2010-cu ildən məhbuslara əzab və işgəncə verilməsində və insan hüquqlarının pozulmasında iştirakın davam etdirilməsinə görə;
4. Kapitan Vilyam Rocers (Wilyam Rogers) – 3 iyul 1983-cü ildə İranın sərnişin təyyarəsinə hücum edən Amerikanın "Vinses" gəmisinin kapitanı;
5. Frank J. Gardner - 2003-cü ildə Amerikanın İraqdakı ilk hərbi komandanı – İraqın müxtəlif bölgələrində dinc sakinlərin öldürülməsinə, insan hüquqlarının pozulmasına görə;
6. Pol Bremer - 2003-cü ildən Amerikanın İraqdakı hərbi komandanı, İraqın müxtəlif bölgələrində dinc sakinlərin öldürülməsində iştiraka, insan hüquqlarının pozulmasına, məhbusların Əbu-Qureyb həbsxanasında saxlanılmasına və işgəncə verilməsinə görə;
7. Donald Ramsfeld – 2001-2006 cı illərdə Amerikanın müdafiə naziri – dinc sakinlərin öldürülməsinə, Əbu-Qureyb və Quantanamo həbsxanalarında məhbuslara işkəncə verilməsinə, Əfqanıstanda və İraqda minlərlə günahsız insanın öldürülməsinə görə;
8. Riçard Perl – 2003-cü ildə Amerikanın Müdafiə Nazirliyinin hərbi rəsmilərindən biri - Əfqanıstanda və İraqda keçirilən hərbi əməliyyatları hazırlayanlardan biri, bu iki ölkədə Amerika hərbi qüvvələri tərəfindən törədilmiş cinayətlərdə iştiraka görə;
9. Pol Vulfoviç – 2003-cü ildə Amerika müdafiə nazirinin müavini - Əfqanıstana və İraqa hücum planını hazırlayanlardan biri – bu iki ölkədə törədilmiş cinayətlərdə iştiraka görə;
10. General Con Kin (John M.Keane) – Amerika ordusunun Baş Qərargah rəisinin müavini – 2003-cü ildə dinc sakinlərin öldürülməsinə, Əbu-Qoreyb və Quantanamo həbsxanalarında məhbuslara işgəncə verilməsinə, Əfqanıstanda və İraqda insan ha pozulmasına görə;
11. General Riçard Kodi (Richard A.Cody) - Amerika ordusunun Baş Qərargah rəisinin müavini – 2004-cü ildə dinc sakinlərin öldürülməsində iştiraka, Əfqanıstanda və İraqda insan hüquqlarının pozulmasına görə;
12. General Ceyms Mattyus – Amerika ordusunun hərbi əməliyyatlar komandanı – 2003-cü ildə İraqın Fəllucə şəhərində dinc sakinlərin öldürülməsinə, bəşəriyyətə qarşı cinayətlərdə iştiraka görə;
13. General Corc Keysi - 2003 – 2007-ci illərdə Amerika ordusunun Baş Qərargah rəisinin müavini və sonra rəisi - Əfqanıstanda və İraqda dinc sakinlərin öldürülməsinə, İranın Ərbil şəhərindəki konsulluğunun ələ keçirilməsi və orada 5 İran diplomatının həbs edilərək iki il yarımdan artıq müddətdə onlara əzab və işgəncə verilməsinə və insan hüquqlarının pozulmasına görə;
14. ABŞ Silahlı Qüvvələrinin komandanı general Ricardo Sançez - "Əbu Qureyb" həbsxanasında məhbuslara və İraqda dinc sakinlərə verilən işgəncələrə, insan haqlarını pozduğuna və ABŞ dövlət terrorçuluğunda iştiraka görə;
15. ABŞ-ın İraqdakı Silahlı Qüvvələrinin komandanı general Tommi Franks – İraqın işğal olunmasından sonrakı müddətdə insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
16. ABŞ-ın İraqdakı Silahlı Qüvvələrinin keçmiş komandanı və ABŞ və NATO-nun Əfqanıstandakı Silahlı Qüvvələrinin sonrakı komandanı (MKİ-nın rəhbərliyinə indiki namizəd) general Deyvid Petreus - insan haqlarının geniş şəkildə pozulmasında, İraq və Əfqanıstandakı dinc əhalinin öldürülməsində və narkotik vasitələrinin qaçaqmalçılığında iştiraka görə;
17. ABŞ-ın İraqdakı Silahlı Qüvvələrinin keçmiş komandanı general Reymond Odirno - 2003 – 2008 illərdə İraqda insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
18. "Əbu Qureyb" həbsxanasının rəisi general Cans Karbinski - məhbuslara verilən işgəncələrə, İraqda insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
19. "Əbu Qureyb" həbsxanasının məsul şəxsi general Estiven Kasbun -məhbuslara verilən işgəncələrə, İraqda insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
20. ABŞ-ın Əfqanıstandakı Silahlı Qüvvələrinin komandanı general Stenli Makkristal - dinc əhalinin öldürülməsində, Baqram həbsxanasında məhbuslara verilən işgəncələrdə, insan haqlarını pozulmasında və narkotik vasitələrinin qaçaqmalçılığında iştiraka görə;
21. Baqram hərbi hava bazasının Əfqanıstandakı komandanı general Cek Berigez -"Cendulla" terrorist təşkilatının üzvlərini təchizat və təlim sahəsində dəstəklədiyinə, Əfqanıstanda terrorizmi dəstəklədiyinə, Əfqanıstanda dinc əhalinin öldürülməsində və insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
22. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Luis Freeh - İraq və Əfqanıstanda insan haqlarını pozulmasında və məhbuslara verilən işgəncələrdə iştiraka görə;
23. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Robert Müller - Əfqanıstanda və İraqda dinc əhalinin öldürülməsində və insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
24. ABŞ-ın prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri general James Jons - İran xalqına qarşı terrorçuluğunu dəstəkləməkdə və İraqda və Əfqanıstanda terrorist təşkilatlarına yardım göstərməyə görə;
25. ABŞ ordusu baş qərargahının rəisi – Petr Şumaxer (Peter J. Schoomaker) - 2007-ci ildə dinc əhalinin öldürülməsində iştiraka, Baqram və Quantanamo həbsxanalarında məhbuslara işgəncə verilməsinə, İraq və Əfqanıstanda insan haqlarının pozulmasına görə;
26. ABŞ Maliyyə nazirin keçmiş müavini Estvart Levi - İran xalqına qarşı embarqo tətbiqi ilə insan haqlarının pozulması ittihamına görə;



Yerləşdirilib:8 İyun, 2011  18:42, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com