POPULYARXƏBƏRLƏR

Bu il Həcc ziyarəti üçün Azərbaycana 2 000 nəfərlik kvota ayrılıb

Qafqaz Müsəlmanları İdarəsi 2011-ci ildə Həcc ziyarəti üçün sənəd qəbulu elan edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2011-ci ilin müqəddəs Həcc ziyarətinə sənəd qəbulunun başlanması ilə əlaqədar məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2.000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfəri üçün sənəd qəbulu sentyabrın ortalarınadək davam edəcək.

Avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə hərəkət edəcək. 28-31 oktyabr tarixlərində zəvvarlar təyyarələrlə müqəddəs məkanlara yola düşəcəklər. Avtobusların yola düşmə vaxtı barədə, habelə marşrutda dəyişikliklər olarsa, bununla bağlı əlavə məlumat veriləcək. Zəvvarlarımız müqəddəs ziyarətə Türkiyənin tanınmış "Ulusoy" şirkətinə məxsus son model komfortlu avtobuslarla yola düşəcəklər.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Yeniliklər sırasına zəvvarların məcburi həyat sığortası, otellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması daxildir. QMİ bildirir ki, bütün bu yeniliklərlə bağlı əlavə xərclər, həmçinin Səudiyyə Ərəbistanında otellərin qiymətlərində bahalaşma ziyarət səfərinin qiymətində dəyişikliyə səbəb olub.

Zəvvarları səfər müddətində müqəddəs ziyarətin özəllikləri ilə bağlı məlumatlandıran qrup rəhbərləri, səhhətlərinə nəzarət edəcək həkim briqadaları müşayiət edəcək. Səfər öncəsi zəvvarlara Həcc ziyarətinə dair maarifləndirici ədəbiyyat paylanacaq, habelə mütəmadi təlimatlandırma işi aparılacaq.

QMİ azərbaycanlı zəvvarlara müqəddəs məkanlarda lazımi xidmətin təmini üçün zəruri tədbirləri nəzərdə tutub.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu bir həftədən çoxdur, başlayıb.



Yerləşdirilib:8 İyun, 2011  18:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com