İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri tərəflərin qarşılıqlı razılaşması əsasında təxirə salınıb.
APA-nın "Novosti Armenia"ya istinadən yaydığı məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan səfərin daha münasib bir vaxtda keçiriləcəyini deyib. Xatırladaq ki, İran prezidentinin Ermənistana bir günlük rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə dair bir neçə sazişin imzalanması nəzərdə tutulurdu.