Oxucu sual verir: İmam-camaat və arxasındakılar zöhr namazı qılırlar. Bir nəfər əsr namazını qılmaq istəyirsə, camaat namazına qoşulub onlarla birlikdə namaz qıla bilərmi?
Camaat namazına hansı hallarda qoşulmağın icazəli olması şəriət kitablarında ətraflı qeyd edilib. Belə hallardan biri də o haldır ki, adam camaatın qıldığı namazdan fərqli bir namazda imam-camaata iqtida etmək istəyir. Bu şəkildə camaat namazı qılmaq icazəlidir və düzgündür. Bu zaman istər imamın qıldığı namazın, istərsə də ona iqtida etmək istəyən şəxsin qıldığı namazın növü heç bir fərq etməz. Əsas və mühüm şərt budur ki, hər ikisi gündəlik vacib namazı və ya bunun qəzasını qılmış olsunlar. Müstəhəb namazı camaatla qılmaq olmaz.