Oxucu sual verir: Bir məscid dövlət tərəfindən muzey və sairə kimi istifadə edilir. Cənabətli halda həmin məscidə girmək olarmı?
Məscidə aid olan əsas hökmlərdən biri də ora cənabətli halda girməyin günah olmasıdır. Cənabətli adam mütləq qüsl alıb pak olandan sonra məscidə girməlidir. Məscidin dini ibadət ocağı kimi fəaliyyət göstərib-göstərməməsi əhəmiyyət daşımır. Hər bir məsələdə olduğu kimi burada da mühüm olan niyyətdir. Həmin bina məscid binası kimi tikilib, müsəlmanlara vəqf edilib. Heç kimin və heç bir təşkilatın o binanı məsciddən başqa məqsəd üçün istifadə etməyə haqqı yoxdur. Məscid əgər muzeyə çevrilibsə də, öz mahiyyətini itirmir və həqiqətdə məscid olaraq qalır. Ona görə də bu cür məkanlara cənabətli halda daxil olmaq günahdır.