NATO ölkələri təmsilçilərinin Brüsseldə keçirilən toplantısında Liviya rejiminə qarşı keçirilən hərbi əməliyyatın mandatının daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul olunub. APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bunu alyansın baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, əməliyyatın sentyabrın sonuna qədər uzadılması qərarı Qəddafi və onun hökumətinə aydın siqnal olmalıdır: "NATO müharibəni davam etdirməyə hazırdır. Biz təzyiqi zəiflətməyəcəyik".
Qeyd edək ki, qərar rəsmi olaraq iyunun 27-də qüvvəyə minəcək.