Azərbaycanın tədris müəssisələrində hicabla bağlı gərginlik yaşanmaqda davam edir. Orta məktəblərdə hicablı şagirdlərin tədrisdən uzaqlaşdırılması halı hələ də davam etməkdədir
Lakin tədris müəssisələrində hicablı tələbə və müəllimələrlə bağlı heç bir çətinlik yaşanmadığı halda, bəzi orta məktəb məmurları bu tədris ocaqlarında çalışan xanımların hicab geyinməsinə maneələr yaratmağa cəhd edirlər. Bu cür hallardan biri Bakı şəhəri orta məktəblərinin birində yaşanmışdır. Şuşa Mədəni Maarif Kollecində təhsil alan tələbə M.Məmmədquluzadə 53 saylı orta məktəbdə diplomöncəsi təcrübə təyinatı almışdır və kiçik siniflərə tədris etməklə praktika keçirdi. Lakin məktəbin tədris hissə müdiri Rəhim Axundov may ayının 20-i və 23-ü tələbə xanımı hicab geyindiyinə görə, heç bir hüquqi əsas gətirmədən tədrisdən uzaqlaşdırmışdır. DEVAMM-a daxil olan məlumatdan sonra orta məktəbdə yaşanan dini etiqad və vicdan azadlıqlarının pozulması faktının monitorinqinə başlanılmışdır. Məktəbin direktoru Firəngiz Həsənova ilə əlaqə saxlandıqda müəyyən olmuşdur ki, məktəbin tədris hissə müdiri Rəhim Axundov bu addıma şəxsi təşəbbüsü əsasında atmışdır. Məktəbin direktoru əlavə olaraq bildrimişdir ki, bu cür hal qətiyyən qəbuledilməzdir və tələbə xanım öz fəaliyyətinə davam etməlidir.
May ayının 24-də aparılan monitorinq nəticəsində bəlli olmuşdur ki, Şuşa Mədəni Maarif Kollecində təhsil alan tələbə m.Məmmədquluzadə Mətanət normal şəkildə təhsil praktikasını davam etdirmişdir.