İtaliyanın böyük müsəlman təşkilatı olan UCOP, İtaliyanın Yepiskoplar Konfransının rəhbəri Anjelo Banyaskoniyə məktub göndərərək, onlara Milanda məscidin inşası məsələsində verdikləri dəstəyə görə minnətdarlığını bildirib, - "İslamNyus" xəbər verir.
Biz, İtaliya Yepiskoplar Konfransının müsəlmanlar üçün məscidlərin inşa edilməsi məsələsində tutuduqları mövqeyə görə dərindən minnətdarıq. Bu, məscid məsələsini siyasi rəngə bürümək istəyənlərin cəhdlərini alt-üst etdi", - deyə məktubda bildirilir.