İngiltərənin baş naziri Devid Kameron "Yəhudi Patronlar Klubu"ndan ayrılıb. Kemeron Yəhudi Milli Fondu (JNF) adlı yardım quruluşuna üzvlüyünə son verib. İngiltərə baş nazirinin ofisindən verilən açıqlamada nazirin "JNF" də daxil olmaqla bir çox yardım quruluşu üzvlüyündən ayrıldığı bildirilib, ancaq detallı məlumat verilməyib.(trt)
İngiltərənin baş naziri beləliklə, 5 il əvvəl üzv olduğu yəhudi təşkilatı üzvlüyündən ayrılmaqla sələfləri Qordon Braun və Toni Bleyrdən fərqli yol izləmiş olub. Qeyd edək ki, İngiltərə son zamanlarda İsrail rejiminin Fələstinə yönəlik siyasətini də ağır dillə tənqid edir.
Kameron keçən həftə ABŞ prezidenti Barak Obama ilə birlikdə keçirdiyi mətbuat konfransında İsrail rejiminin özünü müdafiə etməsinə hörmətlə yanaşdıqlarını, amma fələstinlilərin yaşadığı problemləri görməməzliyə vura bilməyəcəyini vurğulayıb: "Fələstinlilər bilməlidirlər ki, onların 1967-ci il sərhədlərini başlanğıc hesab edərək Fələstin ölkəsinə sahib olma və qürurlu yaşama tələblərini çox yaxşı anlayırıq".