Ərəbistan Təhlükəsizlik qüvvələri bir ay əvvəl Qətif şəhərində dinc aksiyalar zamanı həbs etdikləri iki bloggeri azad edib, - "Abna" xəbər verir. Müstəfa Mübarək və Hüseyn Haşim adlı gənc bloggerlər dünən günorta saatlarında azad ediliblər və Qətifdə azadlıqsevər kütlə tərəfindən evlərinə yola salınıblar.
Xatırladaq ki, ölkədə iki aydan çoxdur ki, davam edən nümayişlərdə Ərəbistan Təhlükəsizllik Qüvvələri tərəfindən 180 nəfər həbs olunub və iki aydan çox həbsxanada saxlanılıblar.