Bu gündən etibarən Misir hakimiyyəti Fələstin ilə sərhəddə yerləşən Rəfah nəzarət-keçid məntəqəsinin həmişəlik açılması barədə qərar verib. Beləliklə, Misirin xarici aləm ilə yeganə əlaqə qapıları açılmış oldu, - "Gazeta" xəbər verir.
Nəzarət-keçid məntəqəsi bayram günlərindən başqa, qalan günlərdə fasiləsiz şəkildə fəaliyyət göstərəcək. Misir ərazisinə keçmək üçün insanlara yaş məhdudiyyəti də qoyulmayacaq. Sadəcə, Fələstin hökumətinin onlara viza verməsi kifayət edəcək.
Misir ilə Qəzza arasındakı sərhəd, sionist İsrail rejiminin böyük təşəbbüsü ilə fələstinlilərin mübarizə əzmini qırmaq üçün diktator Hüsnü Mübarək rejimi tərəfindən tətbiq edilirdi. Blokada 4 il müddətinə davam edib.
Bu gün keçid məntəqəsinin açılması isə faktiki olaraq İsrail rejimi tərəfindən irəli sürülən ölümcül blokadanın sona çatması deməkdir. Səhər saatlarından Misir ərazisinə keçməyə çalışan yüzlərlə fələstinli terminala toplaşıb. Fələstinin bu sevincini dünyaya çatdırmaq üçün KİV nümayəndələri də buraya gəlib.