Misirin Turizm Nazirliyi ölkəyə turistlərin cəlb olunması üçün yeni reklam kampaniyasına başlayıb
The Daily Telegraph"a istinadən xəbərinə görə, kampaniyanın mərkəzində bu ilin yanvar-fevral aylarında gerçəkləşən inqilab zamanı Qahirənin Təhrir meydanında baş verənlər dayanır.
Reklam kampaniyasının şüarı "Təhrir: dünyanı sarsıdan meydan" ifadəsi seçilib. Misir hökuməti diqqəti inqilabi hadisələrə yönəltməklə böhranı uğurla dəf edən gənc demokratik dövlət imici yaratmaq istəyir.
Turizm sahəsinin inkişafına bu günlərdə Misirdə 17 yeni piramidanın tapılması da təkan verə bilər. hazırda qumlar altında olan bu piramidaların nə vaxt üzə çıxarılacağı bilinmir.
Qeyd edək ki, bu ilin birinci rübündə Misirə gələn turistlərin sayı 46% azalıb və nəticədə turizm sektoruna 2,27 mlrd. dollar zərər dəyib. Turizm Misirin əsas gəlir mənbələrindən biridir. Hər 8 misirlidən biri turizm sektorunda çalışır. Ötən il bu ölkəyə 15 mln. turist gəlib.