Tripolinin bombalanmasının intensivləşməsi və Liviya sahillərində NATO-nın zərbə qüvvələrinin yaxınlaşması müharibənin tezliklə qurtarması planının tərkib hissəsidir.
NATO-nün Brüsseldəki nümayəndəsi Tripolinin intensiv bombalanmasını şərh edərkən bildirib: "Biz güman edirik ki, nəticəyə nail olmaq üçün əməliyyatların tempini və sürətini artırmalıyıq. Rejim apatiya vəziyyətindədir. Onda həyat əlamətləri görünmür. Son 15 gündə o yalnız müdafiə olunur. Rejim iyunda, ən gec iyulda çökəcək".