Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və hərəkatın 50 illik yubiley tədbiri çərçivəsində ikitərəfli görüşlər keçirib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov Qvineya-Bisaunun xarici işlər naziri Adelino Mano Queta, Somalinin xarici işlər üzrə dövlət katibi Mohammed Ali Mahmud, Mozambik xarici işlər nazirinin müavini Eduardo Bagiao Colomo, Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, Çadın dövlət katibi Mohammed Beşir Okormi, Ficinin xarici işlər naziri Ratu İnoke Kubuabola, Kuba xarici işlər nazirinin müavini Abelardo Moreno, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Saed Mohammed əl Şəmsi, Mavrikinin xarici işlər naziri Arvin Boolell və Hondurasın xarici işlər nazirinin müavini Mireya Aguero De Corrales ilə görüşüb.
Görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.