Suriyada baş verən hadisələrdə ölənlərin sayı 1000-i ötüb. APA-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, Misirin hüquq müdafiəçiləri azı 1062 ölüm faktının bəlli olduğunu, 10 mindən çox adamın həbs edildiyini bildiriblər.
Suriya hüquq müdafiəçiləri isə öldürülən 1100-dən çox adamın siyahısına malik olduqlarını, təsdiqlənməmiş məlumatlara əsasən daha 200 nəfərin öldüyünü söyləyiblər.
Qeyd edək ki, Suriyada etiraz aksiyaları başlandıqdan bəri ölkəyə xarici jurnalistlər buraxılmır.