Fəth" qruplaşması və HAMAS Fələstinlə bağlı birgə bəyanatı Rusiya ilə razılaşdırıblar
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Fələstin təşkilatlarının nümayəndələri ilə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, bu bəyanat Qahirə razılaşmalarının reallaşmasına kömək edəcək. O artıq Fələstin rəhbəri Mahmud Abbasın bəyanatla tanış olduğunu və sənədi yüksək qiymətləndirdiyini deyib.