Oxucu sual verir: Vəhyin hansı növləri olub?
Vəhyin, peyğəmbərə ötürülmə üsulundan asılı olaraq, müxtəlif növləri olub. Bəzi peyğəmbərlər (məsələn, Həzrət Musa (ə)) qeyb aləmindən səs eşidir, bu yolla Allahın əmrlərini əldə edirdilər. Bəzi peyğəmbərlərə yuxuda vəhy edilirdi. Məsələn, Həzrət İbrahim Peyğəmbər (ə) oğlu İsmayılı (ə) qurban kəsmək barədə vəhyi yuxuda almışdı. Bəzən isə Allah peyğəmbərə vəhyi mələklərin vasitəsilə göndərirdi. Məsələn, Həzrət Məhəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı.