İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini adi qaydada davam etdirir. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
İran təqvimi ilə yeni il Novruzdan – martın 21-dən başlayır. Bu münasibətlə bayram tədbirləri keçirilir, uzun müddətli tətil olur. Nümayəndəlik də bununla əlaqədar bir müddət tətildə olub", - deyə diplomat vurğulayıb.
O, Komitənin Azərbaycan nümayəndəliyinin bağlanması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edərək, nümayəndəliyin fəaliyyəti ilə bağlı hazırda heç bir problemin olmadığını vurğulayıb.
Qeyd edək ki, bu barədə "Salamnews" informasiya agentliyi məlumat yayıb.