İran kəşfiyyatı ABŞ-a casusluq etməkdə təqsirləndirilən 30 nəfərdən ibarət şəbəkənin üzvlərini həbs edib.
APA-nın məlumatına görə, bu barədə mayın 21-də İran dövlət televiziyasına müsahibəsində İranın kəşfiyyat naziri Heydər Mosləxi bildirib. H. Mosləxinin sözlərinə görə, qrup ABŞ-ın xeyrinə casusluqla və diversiyalarla məşğul olub. Qeyd olunub ki, onların zərərsizləşdirilməsi İran kəşfiyyatının və əks kəşfiyyatın elit agentlərinin gərgin səyi nəticəsində mümkün olub.