Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfdən tərkibi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan tərəfdən Komissiyanın həmsədri təyin olunub.
Komissiyaya xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Vadim Xubanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə və Azərbaycanın İraqdakı səfiri Elman Araslı daxildirlər.