İsrail Knesseti (parlament) Təhsil və mədəniyyət komissiyasına uydurma "erməni soyqırımı" məsələsini müzakirə edərək bu barədə müvafiq qətnamə layihəsi hazırlamağı tapşırıb
APA-nın "Armenia today" xəbər portalına istinadən verdiyi məlumata görə, parlamentin mayın 18-də keçirilən plenar iclasında MERETS Partiyasının deputatı Zaava Qalyon bu barədə məsələ qaldırıb. O, çıxışında bildirib ki, yəhudi soyqırımı qurbanlarının xatirəsinə həssaslıqla yanaşan və başqalarının da buna hörmət göstərməsini tələb edən yəhudi dövlətinin erməni xalqının başına gəlmiş faciəni inkar etməyə mənəvi haqqı yoxdur: "Türkiyəni əzizləmək siyasətinə son qoymağın və erməni soyqırımının tanındığını elan etməyin vaxtı çatıb".
Parlament koalisiyasının lideri Zeyev Elkin də təklifə dəstək verib.