Avropa Birliyi Liviya hakimiyyətinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
APA-nın verdiyi xəbərə görə, Qəddafinin nəzarəti altında olan Liviyanın neft limanları "qara siyahıy" salına bilər.
Artıq AB ekspertləri Tripoli, Zouari, Ez-Zavie, Homs, Ras Əl-Lanufe və Marse-el-Breqe limanlarına qarşı sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər.
Sanksiyaların sərtləşdirilməsi məsələsinə Aİ Sanksiyalar Üzrə Komitəsində baxılacaq. Bu barədə qərar qəbul olunarsa embarqo iyun ayında qüvvəyə minəcək.