NATO təyyarələri Liviyanın paytaxtı Tripoli şəhərində iki hökumət binasına zərbələr endiriblər.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Liviya təhlükəsizlik xidmətinin və korrupsiyaya qarşı mübarizə üzrə nazirliyin binaları bombalanıb. Hər iki bina Müəmmər Qəddafinin iqamətgahının yaxınlığında yerləşir.
Bombardmandan sonra binalarda yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər göndərilib. Bir neçə nəfər yaralanıb.