Fələstin hakimiyyətinin rəhbəri Mahmud Abbas ABŞ-ın dovlət katibi Kondoliza Raysa bildirmişdir ki, İsrail öz vədlərinə əməl etmir. Bu barədə "Reuters" agentliyi xəbər verir.
Yüksək vəzifəli Fələstin məmurunun məlumatında deyilir ki, Kondoliza Raysın bölgəyə səfəri zamanı üçtərəfli Komitənin yaradılması haqqında qərar qəbul edilmişdir. Komitəyə Fələstin muxtariyyətinin baş naziri Salam Fayad, İsrailin müdafiə naziri Ehud Barak və amerikalı əlaqələndirici general-leytenant Kit Deyton daxil olmalıdırlar.
Komitə "Yol xəritəsi" planının birinci hissəsindəki məqsədlərin həyata keçirilməsini məşahidə etməlidir. Bu plan çərçivəsində İsrail xüsusi yaşayış məntəqələrində tikinti işlərini dondurmalı, fələstinlilər isə qanunsuz hərbi birləşmələri tərksilah etməlidirlər.
İsrail tərəfi Komitə yaradılması haqqında məlumatı şərh etməkdən boyun qaçırmışdır.