İyunun 20-də Qazaxıstanda İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək
APA-nın məlumatına görə, toplantıda Azərbaycan da daxil olmaqla, qurumda təmsil olunan 50-dən çox müsəlman ölkəsinin xarici işlər nazirləri iştirak edəcək. Əsas müzakirə mövzuları Liviya, Fələstin və İraqdakı vəziyyət olacaq.