Oxucu sual verir: Gündəlik namazlardan birini evidə qılıb, sonra ikinci dəfə həmin namazı məsciddə camaatla qılmaq olar ya yox?
Vacib olan gündəlik namazları qılmaq və qəzaya saxlamamaqdır. Gündəlik namazları tək yaxud camaat la qılmaq insanın özündən asılı olan məsələdir. Əlbəttə, camaat namazının daha fəzilətli və savablı olduğunu da unutmamalıyıq. Əgər namaz qılınmışsa, onu yenidən təkrar etməyə ehtiyac yoxdur. Amma camaat namazının savabına sahib olmaq üçün həmin namazı məsciddə camaatla təkrar qılmağın da heç bir maneçiliyi yoxdur, əksinə, savabı var.