Liviya hökumətinin nümayəndələri NATO bombardmanları dayandıracağı təqdirdə BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Liviya hökuməti 1973 saylı qətnamənin tələblərini, eləcə də Afrika Birliyinin "yol xəritəsi"ni nəzərdən keçirməyə hazırdır: "Təkcə onu dedilər ki, üsyançılar da anoloji addım atmalı və NATO bombardmanları dayandırmalıdır. Biz hökumətlə müxalifət arasında vasitəçi rolunu öz üzərimizə götürmək istəmirik, lakin BMT-nin, Afrika Birliyinin səylərini, təşəbbüslərini dəstəkləyirik