POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadə: "Gürcüstanda müsəlman idarəsi yaratmaq, müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ d

Bunun arxasında "Böyük Ermənistan" planı durur"

Gürcüstanda "Gürcüstan Müsəlmanları İdarəsi" adlı qeyri-hökumət təşkilatının yaradılması bugünkü məsələ deyil. Bu, çoxdandır, davam edən bir prosesdir".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. "Bu məsələ Gürcüstanda hələ üzərində 4 xaç olan bayraq qəbul ediləndən bəri davam edirdi. Hər bir dövlətin ixtiyarı var ki, öz daxilində istənilən məsələ ilə bağlı qərar versin, həmçinin dini və başqa məsələlərlə bağlı... Məsələ bunda deyil. Məsələ ondadır ki, bunda müəyyən qədər birtərəfli yanaşma var. Əgər Gürcüstandakı başqa dinlər üçün də belə bir idarə yaransaydı, həmçinin Ermənistanda da analoji idarə olsaydı, onda demək olardı ki, bu məsələdə birtərəfli münasibət göstərilməyib", - deyə A. Paşazadə bildirib.

A. Paşazadə deyib ki, Gürcüstanda məhz müsəlman idarəsi yaratmaq, müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil.

QMİ sədri vurğulayıb ki, Gürcüstanda "Gürcüstan Müsəlmanları İdarəsi"nin yaradılması ilə bağlı gələcək planlar var: "Mən 100 faiz bilirəm ki, bunun arxasında "Böyük Ermənistan" planı durur. Bu, böyük bir siyasi məsələnin birinci addımıdır. Bu addımda dini məsələ pərdə rolunu oynayır. Bizim gələcəkdə bu haqda müraciətlərimiz olacaq və biz xahiş edəcəyik ki, bu addımlar atılmasın. Özü də çox maraqlıdır ki, Gürcüstandakı bəzi azərbaycanlılar bu məsələdə fəallıq göstərirlər, vəzifədə olan azərbaycanlılar bu gün bu addımı atırlar. Lakin onlar bir gün öz xalqları qarşısında cavab verəcəklər. Xalqımız necə ki, Ermənistandan qovuldu, bu gün bu təhlükə Gürcüstanda da hiss olunur. Hesab edirəm ki, burada ziyalı sözü öz rolunu oynamalıdır. Əgər kimsə düşünürsə ki, Qafqaz Müsəlmanları İdarəsi nəsə eləməlidir, bu, düzgün deyil. Söhbət burada mollalıqdan getmir. Bir milyon müsəlman olan bir dövlətin bayrağında 4 xaç varsa, məscidin də üstündə İslam bayrağı olmalıdır, başqa dini yerlərdə də belə olmalıdır. Demək, bu məsələdə milli məsələ dini məsələdən daha çox qabarır. Mən elə bilirəm ki, dövlət ümumi qərar qəbul edirsə, biz onların daxili işlərinə müdaxilə etmək ixtiyarımız yoxdur. Hər dövlətin özünün hüquqları var. Yeni idarə yaradır, ya yaratmır, bu, onun öz işidir. Bununla bərabər, xalqların mənafeyini, xalqların birliyini, qonşuluq həddini, Azərbaycan xalqının mənəvi cəhətdən bir-birindən qoparılması - bu bizim üçün, azərbaycanlılar, Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Ümid edirəm ki, bu məsələ düzgün həllini tapacaq".



Yerləşdirilib:19 May, 2011  19:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com